Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Pakistan-Türkiyə-Azərbaycan üçlüyü artıq dünyada tanınmaqdadır

0

  •      Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya səfəri Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdəki inkişafına təkan verəcəkdir. İki xalq arasında qarşılıqlı dəstək , səmimiyyət və etimada əsaslanan münasibətlər qarşılıqlı xarakteri almaqdadır. Bu səfər Azərbaycan ilə Pakistan arasında əlaqələrin və qarşılıqlı əməkdaşlığın möhkəmləndiyini göstərir.   Pakistan dünyanın ən böyük dövlətlərindən, nüvə arsenalına malik olan ölkələrindən biridir. Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət kimi Pakistanla münasibətlərimiz yüksək əməkdaşlıq səviyyəsindədir. Bu münasibətlərin yüksək səviyyədə qorunması ölkə rəhbərlərinin bu əməkdaşlığa böyük önəm vermələrindən irəli gəlir.   Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərindən dərhal sonra Pakistanın baş nazirinin Azərbaycana gəlməsi, əlbəttə ki, bu münasibətlərin daha geniş məcrada davam etdiriləcəyinə bir nümunədir. Çünki Pakistan-Türkiyə-Azərbaycan üçlüyü artıq dünyada tanınmaqdadır. Bu dövlətlər bir-birinə daim dəstək veriblər.  44 günlük Vətən müharibəsi dövründə də Pakistan daima Azərbaycanın yanında olduğunu bəyan etdi. Pakistanın və Türkiyənin bu gün Azərbaycana dəstək verməsi və əlaqələrin genişləndirilməsi hər üç ölkənin milli maraqlarına cavab verir.  Bu isə ölkələrimizin inkişafı , xalqlarımızın təhlükəsizliyi üçün çox önəmlidir. Elə budəfəki görüş zamanı da toxunulan mühüm məsələlər buna zəmin yaradır.  Birgə hərbi təlimlərin keçirilməsi,müdafiə sənayesindəki əməkdaşlıq, regional təhlükəsizlik məsələlərində əməkdaşlıq, idxal-ixrac əməliyyatlarının qarşılıqlı şəkildə artırılması kimi məsələlərdə razılığa gəlinməsi Pakistan-Azərbaycan münasibətlərinə öz müsbət təsirini göstərəcəkdir.  Dövlətlərimizin birliyi, sözsüz ki, dünyada sülhə, əmin-amanlığa, inkişafa xidmət edir.  Baş nazir Məhəmməd Şahbaz Şərif Bakıya səfəri ilə bütün dünyaya bəyan etdi ki, Pakistan həmişə olduğu kimi yenə də Azərbaycanın yanındadır və əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Pakistan-Türkiyə-Azərbaycan qardaşlıq və dostluğuna eşq olsun!
    Zülfü Quliyev,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib53 dəfə
    pakistan türkiyə azərbaycan üçlüyü artıq dünyada tanınmaqdadır

    Maraqlı gələ bilər
    56